Dünən Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynov media nümayəndələrini və ən yaxın həmkarlarını başına toplayıb yeni disklərinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, paytaxtın dəbdəbəli məkanlarının birində baş tutan mərasim olduqca maraqlı məqamlarla yadda qalıb.
Zamiqin yeni diskləri fərqli idi. "Nostalji hisslər" adını daşıyan bir diskdə köhnə retro mahnılar, digərində isə müasir bəstəkar mahnıları yer alıb.
Tədbirdə bir çox tanınmış simalar iştirak etsə də Zamiq açıqlaması zamanı mərasimin məhz jurnalistlər üçün qurulduğunu dilə gətirib.
Həmin gecə Zamiqin qonaqları onun müəllimi Teymur Əmrah, xalq artisti Aygün Kazımova, Faiq Ağayev, əməkdar artist Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Azad Şabanov, Çingiz Mustafayev, Niyam Sələmi, Rəhim Rəhimli, teleaparıcılar Nanə Ağamalıyeva, İlkin Həsəni, Murad Arif, Nurlana, prodüser Tolik, "OK" jurnalının baş redaktoru Zəhra Bədəlbəyli və başqaları var idi.
Nanə Ağamalıyevanın aparıcı olduğu gecədə öncə söz Zamiqin pedaqoqu Teymur Əmraha verildi. Tələbəsinin haqda ağız dolusu danışan müğənni bu sözləri dedi: "Zamiq çox müasir mahnılar ifa edir. O, həm də retro mahnılara müraciət edir. Ancaq digər müraciət edənlərdən fərqi var-Zamiq o mahnıların öhdəsindən gəlir".
Gecədə müğənni qonaqlar yalnız əylənməklə kifayətləndilər. Heç bir ifaçı əlinə mikrafon alıb nə danışdı, nə də mahnı oxudu.
Ən maraqlı məqam isə mərasimin sonunda Aygün Kazımova ilə Faiq Ağayev gələndən sonra yaşandı. Xalq artistləri gecəyə xüsusi əhval-ruhiyyə bəxş etdilər.
Fotolar müəllifə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB