“Qızıl qlobus\" mükafatının təqdimetmə mərasimi baş tutub- FOTOSESSİYA

“Qızıl qlobus\" mükafatının təqdimetmə mərasimi baş tutub- FOTOSESSİYA

Kaliforniyada "Beverli Hilz" otelində 69-cu ənənəvi "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Oskar" mükafatı alması gözlənilən film ən yaxşı komediya filmi mükafatı da alıb. "Ən yaxşı dram əsəri" nominasiyasında "Nəsillər" (The Descendants) filmi olub. Filmin baş rol ifaçısı Corc Kluni isə "Ən yaxşı aktyor" nominasiyasında qalib olub.

Digər əsas aktyor mükafatlarına "Dəmir Ledi"-dəki roluna görə Meril Srip və "Merlinlə bir həftəm" filminə görə Mişel Uilyam layiq görülüblər.

"Hüqo" filminin müəllifi Martin Skorzes "Ən yaxşı rejissor" seçilib, Stiven Spilberq isə "Tintinin macəraları" filminə görə "Ən yaxşı animasiya filmi" mükafatının sahibi olub.

İranın "Ayrılıq" filmi ən yaxşı xarici dildə olan kino, Vudi Alenin "Parisdə gecəyarısı" filmi isə ən yaxşı ssenari seçilib.

Qeyd edək ki, ən yaxşı teleseriallar kateqoriyasında uğur \"Showtime\" və ABC telekanallarının olub. Bu nominasiyanın qalibləri \"Özününkülər arasında yad\" və \"Modern ailə\" olub.


Mişel Hazanavişisin ağ-qara səssiz "Artist" filmi isə "Qızıl qlobus" müsabiqəsinin 3 mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə