Azərbaycanlı müğənni Roza Zərgərli doğum günü üçün"Eşqimin kölgəsi" adlı yeni klip çəkdirib. Bu barədə SİA-ya müğənninin özü məlumat verib.
Rozanın sözlərinə görə, çəkilişlər Bakıda aparılıb: "Doğum günümdə qonaqlarımın ixtiyarına veriləcək yeni klipin musiqisi Kübra Məhərrəmovaya sözləri isə Vahid Əzizə məxsusdur. Klipin rejissoru Abbas Quliyevdir".
Qeyd edək ki, mahnı 10 il öncə lentə alınsa da Roza onu yeni aranjemanda təqdim edəcək: "Bu mənim üçün əziz mahnıdır. Çünki bu mahnıda mənim 10 illik xatirələrim toplaşıb",-deyə Roza bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB