Aygün Kazımovanı nələr gözləyir?-FOTO

Aygün Kazımovanı nələr gözləyir?-FOTO

Azərbaycanın xalq artisti, pop diva Aygün Kazımova fanatları ilə görüş keçirəcək. Müğənninin sadiq fanatlarından birinin SİA-ya verdiyi məlumata görə, görüş 17 yanvar tarixində baş tutacaq.

Tədbir sabah günorta Park Bulvarda keçiriləcək. Burada fanatlar müğənninin qarşıdan gələn ad gününü qeyd etmək və təbrik etmək üçün toplaşacaqlar.

Aygün Kazımova görüşün məhz onun ad gününə həsr olunduğunu yalnız sabah biləcək. Fanatlar çoxsaylı hədiyyələr də hazırlayıblar.

Qeyd edək ki, Aygün xanımın ad günü 26 yanvar tarixindədir.

Vurğulamaq yerinə düşər ki, diva hər il doğum gününü eyni məkanda-Şüvəlanda yerləşən restoranların birində qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə