Azərbaycanın məşhur müğənnisi Röya Ayxan daha bir klip çəkdirməyə hazırlaşır.
Röya bəstəkarı Azad İsayev olan "Sevgiyə bax" adlı mahnısını lentə aldırmağı düşür.
Bu barədə SİA-ya klip çəkəcək rejissor Nail Naioboğlu məlumat verib. Onun sözlərinə görə, klipin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq.
Onu da vurğulayaq ki, sözügedən klip Naillə Röyanın ilk iş birliyi deyil. Tərəflər daha öncə də birgə çalışıb, klip ərsəyə gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB