Azərin Türkiyədə heyrətləndirdi

Osmaniyənin Fransız İşğalından Qurtuluşunun 90 illiyi ilə əlaqədar Türkiyədə mərasim keçirilib. Mərasimdə Azərbaycanın əməkdar artisti Azərin də iştirak edib. SİA-ya açıqlama verən Azərinin sözlərinə görə, mərasimin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olunub. Konsertdə Türkiyənin dövlət sənətçiləri ilə yanaşı, Azərin də iştirak edib.

Osmaniyə Musiqi Dərnəyi Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən mərasimdə biri-birindən maraqlı repertuarla çıxış edib. Əməkdar artistimizin ifası böyük alqışlarla qarşılanıb. Azərin çıxışında belə tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib: "Osmaniyənin düşməndən azad olunmasının 90 illik mərasimində sizinlə bir yerdə olmaqdan məmnunam. Milli mücadilədə şəhid olanların ruhlarını hörmətlə anıram".

Azərinin bu çıxşı ayaq üstə alqışlanıb

Tədbirin məqsədi yaddaşları yeniləməkdir. Fransızların türklərə qarşı savaşı barədə tarixi faktlar yetərincədir. Osmaniyənin fransızlardan azad olunmasının 90 illiyini keçirməkdə məqsədi bir daha tarixi yada salmaq, türk millətlərinin qardaşlığını bir daha nümayiş etdirməkdir.

Nəzərə alsaq ki, bu gün fransızların türklərə qarşı münasibətlərində açıq-aşkar düşmənçilik mövqeyi durur. Türk millətlərinin türk qardaşlarına dəstəyi vacibdir. Belə dönəmdə Azərbaycan sənətçisinin türk millətinə olan hörməti, mənəvi dəstəyi iki dövlət arasında olan qardaşlığının bariz nümunəsi kimi dəyərləndirilir.

Azərinin Türkiyədəki fəaliyyəti də elə məhz bu mövqedə qurulub. Bu sahədə sənətçimizə mənəvi dəstək də vacib amillərdən sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə