\" Uranla yeni duetimiz olacaq\"- FOTOSESSİYA

\" Uranla yeni duetimiz olacaq\"- FOTOSESSİYA

Şou-biznes aləmində öz reperləri ilə tanınan KLAN A PLAN qrupu 2012- ci ilə yeni planlarla başlayır. SİA-ya açıqlama verən KLAN A PLAN qrupunun üzvü Ramil bu haqda danışıb: "Ötən il ARAZ radiosuyla birgə bizimbaku.ws saytının sorğusu nəticəsində ilin reperi adını qazandım. Solo albom özərində çalışıram və Uranla yeni duetimiz olacaq. Bəzi yeniliklər var ki, onları hələ açıqlamıram. Çünki dinləyicilərimə sürpiz edəcəm. Qurdun yenilikləri də az deyil. O, hal- hazırda İlhamə Qasımova ilə yeni duet üzərində işləyir. Eyni zamanda Qurd "GÜLƏNDİ" adlı trek üzərində çalışır və Qurd bu trekin dinləyicilərin ürəyincə olacağına da ümid edir. Qrup şəkilində isə uşaqlar "TÜRKÜN MƏSƏLİ" adlı trekini sona yetirib"-deyə Ramil məlumat verib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə