\"Maddi çətinlik içində yaşayıram\"

\"Maddi çətinlik içində yaşayıram\"

26 yaşlı 2005-ci ilin Turizm Kraliçası Antaliyalı maniken Seda Kırımlıoğlu 2 ayda 10 kilo arıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 1.78 boylu Seda xanım 54 kilodan - 44 kiloya düşüb. Maniken bu haqda jurnalistlərə danışıb :\"Artıq sümüklərim saya bilirəm. Əvəllər bir azda olsa yemək yeyə bilirdim. Ancaq indi yeməkdən iyrənirəm. Bundan qorxaraq həkimə müraciət etdim. \'Anaroksiya\' xəstəliyinə tutulduğumu öyrənəndə dünya başıma yıxıldı. 32 bədənə düşdüyümə görə, artıq heç yerdən təklif gəlmir. Maddi çətinlik içində yaşayıram. Bir həftə xəstəxanada qaldım. Həkimlər fevral ayına qədər 6 kilo kökəlməyimi dedilər. Əgər kilom azalsa həyati təhlükəmin daha da artacaq. Sonumun Fransız modeli İsabelle Caro kimi olmasını istəmirəm\"-deyə maniken əlavə edib.


Qeyd edək ki, Fransız modeli İsabelle Caro 2011-ci ildə Anaroksiya xəstəliyindən vəfat edib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə