Keçmiş maniken Dəniz Akkayanın Ankaralı işadamı Eyüp Sabri Çarmıkla birlikdə görüldüyü iddia olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Akkaya, bu iddialara cavab verib: ‘Məni Eyüplə bir yerdə olduğumu sübut edən insana 1 milyon pul verməyə hazıram\"-deyib. Qızı Aişənin atası Efe Önbilgin haqqında da danışıb: \"Qızımın atasını çox sevmişəm. Əgər mən onu sevməsəydim ondan qız övladı dünyaya gətirməzdim. Ancaq Efe gecə həyatını sevən insan idi. Milyon dollar borcu olan kişidən hansı qadın hamilə qalmaq istər ? Hamilə olan zamanlar onun gecə klublarından gəlməyini gözləmişəm. Efeni çox sevdiyim üçün hər şeyə razı olmuşam. Efe Önbilginlə ayrılmağımı səbəb spirtli vəziyyətdə qızımı başının üstünə qaldırıb yerə atmağı olub. Həmin anda məndə qızımı götürüb evi tərk etmişəm. Keçmiş həyat yoldaşım Efedən canımı qurtarmaq üçün evlənirəm\"- deyə maniken dilə gətirib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB