Aygün Kazımovanın qardaşı həbs edilib

Aygün Kazımovanın qardaşı həbs edilib

Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşının həbs olunması barədə xəbər yayılıb. SİA-nın məlumatına görə, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Kazım tikinti işləri ilə məşğul olur və vətəndaşlara külli miqdarda ziyan vurub. Xəbərə görə, o, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq əməlləri törətdib.

İstintaqdan boyun qaçırmaq cəhdlərinə baxmayaraq əməliyyatçılar onu tutublar. K. Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məsələ ilə bağlı xalq artisti Aygün Kazımova ilə əlaqə yaratmaq istəsək də cəhdlərimiz boşa çıxdı. Müğənni telefonlarına cavab vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə