Azərbaycanın tanınmış müğənnisi Sevda Yahyayeva fanatlarını solo konsert proqramı ilə sevindirəcək. Müğənninin prodüseri Pərviz Əgərovun SİA-ya verdiyi məlumata görə, 18 fevral tarixində baş tutacaq konsert Respublikanın əsas səhnəsi olan Heydər Əliyev Sarayında keçiriləcək.
"Tut əlimdən" adını daşıyan solo konsertdə bir çox sürprizlər də olacaq.
"Sevda üçün olduğu kimi, mənim üçün də bu il çox önəmlidir. Bu il işimizin məsuliyyətini daha çox dərk edirik. Sevda ilə möhtəşəm solo konsertə hazırlaşırıq. Bu işdə yaxın insanlar çox kömək oldular. Buna görə isə hər kəsə təşəkkürümü bildirirəm. Mən əminliklə söz verə bilərəm ki, konsert möhtəşəm olacaq. Burada canlı ifa, peşəkar rəqqaslar və sürprizlər nümayiş olunacaq. Bilirsiz axı, biz eksklüzivliyi sevirik",-deyə prodüser fikirlərini bölüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB