Ulduzlar Köhnə Yeni İli necə qeyd edəcək?-FOTOSESSİYA

Ulduzlar Köhnə Yeni İli necə qeyd edəcək?-FOTOSESSİYA

13 yanvar, Köhnə Yeni İl tarixində paytaxtın ən dəbdəbəli məkanlarından biri olan "Buta Palace"da "İlin Hit Mahnısı-2011"qala-konserti keçiriləcək. SİA-nın məlumatına görə, ötən ili ən yadda qalan hit mahnılarını müəyyən edəcək konsertdə estradanın ən tanınmış nümayəndələri çıxış edəcəklər.

Tədbirin layihə rəhbəri isə aparıcısı, tanınmış prodüser-təşkilatçı və bəstəkar Sədaqət Rəşidqızıdır.

"İlin hit mahnısı" nominasiyası üzrə "Eurovision-2011"-in qalibi Eldar Qasımovla Nigar Camalın birgə ifa etdikləri "Running Scared" mahnısı mükafatlandırılacaq.

Bunun üçün Londonda yaşayan Nigar Camal artıq Azərbaycana gəlib.

Mərasimdə daha bir "Eurovision" təmsilçimiz Safura Əlizadə də mükafatlandırılacaq.

"İlin hit mahnısı" mükafatının digər sahibləri arasında şou-biznesin tanınmış simaları- Zarina Məmmədova, Rəhim Rəhimli, Natavan Həbibi, Abbas Bağırov, Ramal İsrafilov, İlhamə Qasımova kimi adlar var.

Vurğulayaq ki, mərasimdə diploma seçiləcək mahnının bəstəkarları layiq görüləcək. İfaçılara isə hədiyyələr təqdim olunacaq.

Onu da qeyd edək ki, bir çox sürprizlərlə dolu qala konsertdən sonra Türkiyənin tanınmış DJ-i Erdi Erdoğanın iştirakı ilə səhərə kimi diskoteka olacaq. Beləliklə, məşhur simalar Köhnə Yeni ili də qeyd etmiş olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə