Türkiyə kanalının verilişlərinin birində musiqi yarışmasında münsif qismində əyləşən Armağan Çağlayan şəxsi evində qonaqlıq verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həmin məclisə Türkiyə şou-biznesinin sevilən cütlüyü Ebru Gündeşlə həyat yoldaşı Reza Zarrab da təşrif buyurub. Məşhur cütlük məclisdən çıxar-çıxmaz jurnalistlərin kameralarına tuş gəlib. 3 ay bundan öncə ana olan müğənni xanım media nümayəndələrinin suallarına cavab verib. Ebru şəxsi həyatı barədə danışıb.\"Qızımı evdə dayəsinin yanındadır. Hələki hər şey yaxşıdır". Media mənsubunun \"ikinci dəfə ana olmaz fikriniz varmı?" sualına ifaçı xanım "gecəniz xeyrə qalsın və hamınızı öpürəm" -deyərək məkandan uzaqlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB