Lalə Məmmədovadan fərqli albom

Azərbaycanın əməkdar artisti, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Lalə Məmmədova yaxın günlərdə "Dəli eşq" adlı yeni və fərqli albomunu musiqisevərlərə təqdim edəcək.
Müğənnin SİA-ya verdiyi məlumata görə, albom öz qeyri-adiliyi ilə seçiləcək. "Dəli eşq"də Lalə xanımın sevilən mahnıları ilə yanaşı, bu günədək səslənməyən duetləri də yer alıb. Eyni zamanda albomda hər mahnıya uyğun düşüncələr qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə