Şou biznesin ən səs küylü layihəsi - \"Canlı Səs\"

Şou biznesin ən səs küylü layihəsi - \"Canlı Səs\"

"Canlı Səs"in intizarında olanlar! Yaxın zamanlarda ATV kanalında yayımlanacaq möhtəşəm şounu qaçırmayın. SİA-nın məlumatına görə, adıçəkilən kanalın tanınmış aparıcısı Mirsalam Mirsalamovun təqdimatında efirdə olacaq \"Canlı səs\" telelahiyəsi şou biznesin mənəm-mənəm deyən sənətçilərini açıq duelə dəvət edir.

Səsinə, ifasına, səhnə performansına əmin olanlar bu şansdan maksimum istifadə etmək imkanı əldə edəcək. Necə deyərlər, bu meydan bu da şeytan. Mirsalamın təqdim etdiyi \"Canlı mikrofon\" isə yalnız fonaqramsız ifanı təqdim edəcək.

Əldə etdiyimiz məlumatı dəqiqləşdirmək üçün şou layihənin aparıcısı Mirsalamla əlaqə saxladıq. Mirsalam məlumatı dəqiqləşdirdi. Layihə barədə geniş məlumat verməsə də, vəd verdi ki, \"Canlı Səs\" şou biznesin səs küylü, möhtəşəm layihə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə