“Alim Qasımovla Fərqanə xanım üçün dini mahnı hazırlamışam”- EKSKLÜZİV

“Alim Qasımovla Fərqanə xanım üçün dini mahnı hazırlamışam”- EKSKLÜZİV

Şou-biznesin istedadlı müğənnisi Ramal İsrafilov SİA-ya açıqlama verib. "Eksklüziv olaraq sizə xəbər verim ki, Alim Qasımovla Fərqanə xanım üçün dini mahnı hazırlamışam. Alim müəllim Mələkxanım Əyyibovanın toyunada mənə dedi ki, hamıya mahnı verdin, amma bizə mahnı vermədin. Bu söz mənim uğurum idi. Çünki Alim Qasımov kimi muğam ustadı məndən mahnı istəyirdi. Mahnını yazdım və təqdim etdim. Çox bəyəndilər. Bu yaxınlarda mahnını Türkiyəyə aparacam, orada oranjiman etdirəcəm. Alim Qasımovun yetərincə fanatları var. Onlar mahnını pulsuz oranjiman edəcəklər. 1000-2000 manat sənət qarşısında heç nədir. Mən də cibimdən verə bilərəm problem deyil",- deyərək Ramal bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə