Tanınmış müğənni Ayan Babakişiyevanı İsrailin \"Miss Music\"-i Sarid Hadadla nə birləşdirdi? Bu suala isə müğənni özü cavab verdi. SİA-ya açıqlama verən ifaçı xanım dedi ki, ötən ilin sonlarına yaxın İsraildə qeyd olunan ənənəvi \"Xanuka\" bayramı münasibəti ilə konsertdə iştirak və fəxri qonaq kimi səhnəyə çıxmaq ona qismət olub: "Səfərim çox yaddaqalan oldu. \"Bar İlan\" adı ilə tanınan universitetdə keçirilən dağ yəhudiləri haqqında ivrit dilində kitabın təqdimetmə mərasiminə də qatıldım. Tədbirdə görkəmli ictimai xadimlər, ziyalılar da iştirak edirdilər. Qonaqlar sırasında məşhur elm xadimi Mixail Ağarlının iştirakı və onunla görüş mənim üçün xoş oldu. Mənim üçün digər sevindirici hadisə isə İsrail parlamentində iştirakım idi. Adıçəkilən parlamentin qonağı olan ilk azərbaycanlı sənətçi kimi adımı tarixə yazdırdım da deyə bilərəm. Ümumiyyətlə, İsraildəki son səfərim sevindirici, xoş hadisələrlə yaddaşıma həkk olundu".
Özünün və digər həmkarlarının repertuarında yer alan, müəllifləri Kamal və Baba Vəziroğlu olan \"Nigaranam\" mahnısının yəhudilər tərəfindən çox sevilməsindən məmnunluqla danışan Babakişiyeva, sürpriz duetindən söz açdı: "Miss Music\" kimi qəbul edilən müğənni Sarid Hadadın \"Yassi-Yassi\" mahnısını bir neçə il bundan əvvəl oxusam da o, bundan indilərdə xəbər tutub. İfamdan çox razı qaldığını dedi. Görüşümüz zamanı duet yazdırmağa da qərar verdik. Deyim ki, İsrailin sərhədlərindən uzaqdan tanınan bu müğənni Madonnanın kumiridir. Madonna bütün müsahibələrində Sarid Hadadı çox dinlədiyini vurğulayır. Onunla duet oxumaq şərəfinə isə mən yiyələndim. Onu da vurğulayım ki, İsraildəki bütün yaradıcılıq işlərimlə prodüser Şaul Siman Tov məşğul olur. İşbirliyimiz boyunca yaxın gələcəkdə başqa yeniliklərə də imza atacağıq. Bu barədə indidən danışmaqla tələsmək istəmirəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB