"Göyçək" Fatimə ləqəbi ilə tanınan məşhur rəqqasə Fatimə Fətəliyeva 2011-ci ildən narazı qalıb. Rəqqasənin SİA-ya verdiyi məlumata görə, il o qədər də uğurlu keçməyib: "Bu il bir az ağır keçdi. Yaradıcılığımda da o qədər böyük nailiyyətlər olmadı. Şəxsi həyatıma gəldikdə isə avtomobilim yandı və hazırda hələ də təmirdədir".
Ötən ildən məyusluq hissi ilə danışan Fatimə 2012-ci ildən onu böyük uğurların gözlədiyini də dilə gətirdi: " Ümidvaram ki, bu il mənim üçün daha məhsuldar və uğurlu keçəcək. Bunu isə bütün Azərbaycan xalqına arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB