Türk musiqisinin imperatoru İbrahim Tatlıses həyat yoldaşı Ayşegül Yıldızla birgə media nümayəndələrinin qarşısına çıxıb. SİA türk mətbuatına istinadən i xəbər verir ki, müğənni jurnalistlərə maraqlı açıqlamalar verib: "Çox yaxşıyam və sizlər üçün darıxmışam. Qısa zamanda aranıza qayıdacam. 2011-ci ildə evləndim. Yəqin 2012-ci ildə uşağım olar. Övladımın mavi gözlü olmasını istəyirəm. Səhhətimdə artıq ciddi problemlər yoxdur".
Mətbuat konfransı zamanı Tatlısəs media nümayəndələrinə hətta çiy köftə də paylayıb. Jurnalistlərin gözündən qaçmayan məqamlardan biri də müğənnin inkarlarına baxmayaraq bir qolunu hələ də işlədə bilməməsidir. Ayşegül Yıldız imperatorun iflic olan sol əlini bir an olsun belə buraxmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB