Brilliant Dadaşova Stokholm tamaşaçılarını valeh edib-VİDEO-FOTOSESSİYA
Azərbaycanın xalq artisti Brilliant Dadaşova İsveçin paytaxtı Stokholmda konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə baş tutan konsert proqramı anşlaqla keçib.
Konsertə ifaçının pərəstişkarları ilə yanaşı İsveç rəsmləri, siyasi xadimlər, həmçinin Azərbaycanın İsveçdəki səfirliyinin nümayənədələri iştirak ediblər. Azərbaycanlı səfir Rəfail İbrahimov isə konsertdən öncə açılış nitqi ilə çıxış edib.
Bir neçə saat ərzində səhnədə olan xalq artisti rəngarəng şou nümayiş etdirib. B.Dadaşovanın repertuarına azəri, türk mahnıları ilə yanaşı rus musiqiləri də daxil idi. Müğənninin bütün ifaları alqışla qarşılanıb. Ancaq "Sarı gəlin" mahnısına heç kim biganə qalmayıb. Xalq artisti zalda əyləşən tamaşaçıların xahişi ilə bir neçə mahnısını təkrar ifa edib.
Konsert bitdikdən sonra ifaçı fanatları ilə yanaşı rəsmi şəxslərə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB