Keçmiş prodüser Rəqsanənin yalanlarını açmağa davam edir: “Bu cür saxtakar, dələduz niyə hələ də azadlıqdadır?”-QALMAQAL

Keçmiş prodüser Rəqsanənin yalanlarını açmağa davam edir: “Bu cür saxtakar, dələduz niyə hələ də azadlıqdadır?”-QALMAQAL

Başı qalmaqallardan açılmayan və müntəzəm olaraq xoşagəlməz hadisələrlə üzləşən müğənni Rəqsanə İsmayılova Faiq və Fərid Azayevlərin onu hədələdiyini bildirib.


Müğənni yerli saytarın birinə açıqlamasında Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubova və Respublikanın Baş Prokuroru Zakir Qaralova səslənərək özünün təhlükəsizliyini təmin etməyi xahiş edib.


Rəqsanə iddia edir ki, hər iki qardaş onu və anasını hədələyib. Qardaşların təqibi ilə üzləşən Rəqsanə açıqlayıb ki, gələn zənglər və hədə-qorxu nəticəsində ailəsi ilə birgə yeni ili qorxu içərisində qeyd edib.


Ancaq məsələyə münasibət bildirən müğənninin keçmiş prodüseri Təranə Səmədova SİA-ya açıqlamasında Rəqsanənin iddialarını təkzib edərək bu sözləri deyib: "Azərbaycanlı övlad, gənc bir vətəndaş kasıbçılıq ucbatından, acından ölməmək üçün gedib 500-1000 manat oğurlayır, və yaxud da borc götürüb, geri qaytara bilmir, sonra isə neçə il azadlıqdan məhrum edilir, zindan arxasında yatır. Amma Rəqsanə qadın olmağından, məşhurluğundan istifadə edib insanlara şər atır, dələduzluq edir, camaatı "soyur". Elədiyi heç bir oğurluğa baxmayaraq o hələ də azadlıqdadır. Onu heç kim hədələməyib. Şikayəti başdan-ayağa yalandır".



Rəqsanə ilə Azayev qardaşlarının münasibətlərinin nədən pozulduğunu açıqlayan Təranə məsələnin kökünü də açıqladı: " O, sözügedən iki qardaşdan biri olan Faiqə məxsus 10 VR 011 dövlət nişanlı "Mersedes Galenvagen" markalı aftomobili aşırdaraq yararsız hala gətirib və təzminat ödəməyib. Faiq Rəqsanəyə o avtomobili rəsmən satsa da, pulunu hələ də ala bilməyib. Ancaq indi heç avtomobil də yoxdur. Çünki o qadın yol qəzasında maşını yararsız hala salıb. İndi qardaşlar avtomobilin pulunu istəyirlər. Rəqsanə isə bunun adını hədələmək qoyub. O qadın üzərinə düşən hər şeydən boyun qaçırır".



T. Səmədova bildirir ki, Baş prokurorluğa Rəqsanə deyil, elə qardaşların özü şikayət ediblər: "O sadəcə "qabaqdan gəlmişlik" edir. Çünki qardaşlar özləri Prokrorluğa şikayət ediblər. Camaat pulunu tələb edir. Axı bu az miqdar deyil. Bir də ki, Rəqsanənin Faiqə borcu tək bu avtomobillə bitmir. Onun digər borcları da var Faiqə. Onun "qondarma" şikayətlərinə heç kim inanmaz. Çünki bütün Azərbaycan onun necə fırıldaqçı qadın olduğunu gözəl bilir".



Emosialarını cilovlaya bilməyən Təranə illər öncə baş verənləri də xatırlatdı: "Rəqsanə həmin, xanəndə Elnarə Abdullayevanın cibindən pul oğurlayan, restoranda ofisiant qızdan mobil telefon oğurlayan və bir neçə dəfə dələduzluq edən Rəqsanədir. İndi o öz adını başqalarına qoyur?



Mən özüm burdan Azərbaycan Respublikanın Daxili İşlər Naziri cənab Ramil Usubova, Respublikanın baş prokuroru cənab Zakir Qaralova, Bakı şəhər Prokuroru Əziz Seyidova müraciət edirəm, bu cür saxtakar, dələduz biri niyə hələ də azadlıqdadır?"



Təranə Rəqsanənin bu cür iddialarının irəli sürməsinin səbəbini belə izah edir: "Pulu vermək istəmir. Adam oğrudur da. Ancaq belə "qabaqdan gəlmişlik" eləmək onun öz ağlına gəlməz. Bu məsləhətləri ona Nərimanov rayon Prokrorluğunda çalışan səlahiyətli bir şəxs məsləhət görür. Belə bir riyakar, şərəfsiz insanın arxasında duran insanlar utanmalıdırlar. Görün kimin müdafiəsinə qalxmısınız".



Onu da vurğulayaq ki, Rəqsanə İsmayılovanın sözügedən şikayətinə Nərimanov rayonunun 16 saylı Polis bölməsinin rəisi Hikmət Usubov münasibət bildirib. H. Usubovun sözlərinə görə, Rəqsanə bu cür şikayətlərlə dəfələrcə müraciət edib. Sonuncu şikayət isə Azayev qardaşları haqdadır. Rəis yerli saytların birinə açılamasında Rəqsanənin Faiq Azayevə məxsus avtomobili yol qəzası zamanı yararsız hala saldığını da bildirib.



H.Usubov Faiq Azayevə məxsus "Mersedes Galenvagen" markalı aftomobilin qəzaya düşməsinin günahkarı məhz Rəqsanə olduğunu faktını da təsdiqləyib. Rəis açıqlamasında Azayev qardaşlarının Rəqsanənin məhz buna görə narahat etdiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə