Şou-biznes əhli \"vur-çatlasın\" edir-FOTOSESSİYA

Şou-biznes əhli \"vur-çatlasın\" edir-FOTOSESSİYA

Dünən paytaxtın əyləncə məkanlarının birində Azərbaycan şou-biznesinin tanınmış siması Günel Ələkbərova yeni çəkdirdiyi klipinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, təqdimatdan çox bayrama bənzəyən tədbirdə şou-biznesin bir çox tanınmış simaları toplaşmışdı.

Sözləri Günel Sultana, musiqisi Neyman Mustafazadəyə məxsus "Üzümə baxma" mahnısına çəkilən klipinin rejissoru Pərviz Əzimzadə idi. Günelin sözlərinə görə, klip onun yaxın dostu, televiziya layihələrinin müəllifi Kamal Cenk İçdən tərəfindən təmənnasız çəkilib.

Tədbirin birinci hissəsini Günelin yaxın dostu, jurnalist Şahin Cavadoy idarə etdi. Tədbiri açıq elan edən Şahin klipi təqdim edəndən sonra mərasimi idarə etmək üçün Lider telekanalının iki məşhur siması Zabir Əliyev və Zemfira Adığözəlovanı dəvət etdi.

Günelin şad gününə yığışanlar sırasında xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva, xalq artisti Aygün Kazımova, müğənnilər Rəşad İlyasov, Elariz Məmmədoğlu, Rüfət Axundov, Niyam Səlami, Ayan Babakişiyeva, Murad Sadıx, "Şeron" qrupunun keçmiş üzvü Yaşar, teleaparıcılar Zaur Nəbioğlu, Samir Bayramlı, Ramin İbrahimov, Lamiyyə Ələkbərova, Ulvira Qarayeva və həyat yoldaşı meyxanaçı Tərlan Dağlı, stilist Samir Əliyev, rejissor Kənan MM, Aynurə Tahirqızı, rəqqasələr Nailə Dadaşova, Fatimə Fətəliyeva və İlham, "Talant" rəqs qrupu, aşıq Telli Borçalı, "Bu şəhərdə"nin üzvləri Rəfail və Çoşğun, aktyor Fərda Xudaverdiyev, prodüser Təranə Səmədova, Roland Bayramov, skripkaçı Səlim və bir çox məşhurlar.

Əsl vur-çatlatlasın olan məclisdə əsas qonaq olan Türk Dünyasının sənət kraliçası İlhamə Quliyevanın Güneli tərif atəşinə tutması hər hər kəsin marağına səbəb oldu. Şöhrət ordenli primadonna Günelin yaradıcılığından söz açaraq onun gələcəyinin parlaq olacağını da praqnoz etdi.

Xalq artisti Aygün Kazımovanın isə mərasimə qatılması lap "toy-bayrama" çevrildi. Müğənni gəlişi yüksək əhval-ruhiyyədə olan Güneli bir az da sevindirdi. Xalq artisti İlhamə Quliyevanın yanında əyləşən Aygün Kazımova Güneli də yanına çağırıb ona bir sıra məsləhətlər verdi.

Güneli tədbir etmək üçün səhnəyə təşrif buyuran müğənnilər öz ifaları ilə qonaqları əyləndirdilər. Ancaq əsl şou-proqram diva Aygün Kazımova səhnəyə çıxdığı an başladı. İfası ilə qonaqları ayağa qaldıran xanım Kazımova bir əli ilə Güneli quçaqlayaraq digər əli ilə İlhamə Quliyevanı göstərirdi. Müğənni ifa etdiyi mahnıları sanki İlhamə xanımın şərəfinə səsləndirirdi.

Fotolar müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə