Fatimə-Oksana münasiətlərinin son \"raund\"u - -QALMAQAL

Fatimə-Oksana münasiətlərinin son \"raund\"u - -QALMAQAL
İştirak etdikləri televiziya proqramından sonra münasibətləri daha da gərginləşən iki məşhur rəqqasə -Fatimə Fətəliyeva və Oksana Rəsulova arasında yaşanan qalmaqal növbəti \"raund\"da çatıb. Oksana canlı yayımdan sonra açıqlama verərək bildirdi ki, artıq həmkarı Fatimə və onun tərəf-müqabili, rəqqas İlham Kərimli ilə bir araya gəlməyəcək: \"Gəlsəm, Oksana olmaram\"-deyib.

Oksananın sözlərinə münasibət bildirən Fatimə SİA-ya açıqlamasında olduqca emsional çıxış etdi. Fatimə demək olar ki, düşmən münasibətində olduğu Oksanaya kəskin şəkildə cavab verdi: \"Bu qalmaqal artıq neçə ildir davam edir. Hər dəfə \"qeyri-peşəkar\", \"professional rəqqasə\" ilə bağlı mövzular müzakirəyə qoyulanda adım onun adıyla yanaşı hallanır. Niyə axı mənim heç kimlə işim olmadığı halda, daim cavab vermək məcburiyyətində oluram. O məndən nə istəyir, bilmirəm. Sizin vasitənizlə sonuncu dəfə oxucularınıza demək istəyirəm ki, mən səhnədə rəqs edəndə Oksana heç Bakıda deyildi.

10 ildir ki, başda milli rəqslərimiz olmaqla, əksər dünya xalqlarının, o cümlədən hind rəqslərinə xüsusi quruluş verib ifa edirəm. Hansı qeyri-peşəkarlıqdan danışır, anlamıram. Əgər peşəkarlıq diplomla ölçülürsə, mən Mədəniyyət və İncəsənət Universitetində sahib olduğum sənət üzrə mükəmməl təhsil almışam. Bu vaxta qədər susurdum, amma görünür, sakit dayanmaq xeyrimdən çox, ziyanıma işləyib. İndi nə qədər istəyir, danışsın. Sözləri havada qalacaq. Bu, Oksana barəsində verdiyim son açıqlamadır\".

Bütün xəbərlər Facebook səhifəmizdə