Lalə Məmmədova Mahnı Teatrının solisti seçildi

Lalə Məmmədova Mahnı Teatrının solisti seçildi

Əməkdar artist, müğənni Lalə Məmmədova Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti seçilib. SİA-ya məlumat verən müğənninin sözlərinə görə, təklifi bu gün alıb və dərhal razılaşıb.

"Solist şəklində kollektivə qoşulmaq təklifini bu gün aldım. Düşünmədən razılaşdım. Bu cür teatrda çalışmaq mənim üçün böyük şərəfdir",-deyə müğənni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə