Məşhur müğənni Roza Zərgərli yaxın zamanlarda yeni klip çəkdirəcək. Müğənnin SİA-ya verdiyi məlumata görə, "Uşaqlıq illəri" adlı mahnıya çəkilən klip kimsəsiz uşaqlara həsr olunur.
Musiqisi Ülviyə Vəliyevaya sözləri Nərgiz Kərimovaya məxsus mahnıya çəkilən klipdə kimsəsiz uşaqların həyatı və arzuları əks olunacaq.
Onu da qeyd edək ki, müğənni bir neçə vaxt öncə kimsəsiz və ən istedadlı uşaqlarla mahnı yazdırıb. Roza Nizami rayonunda yerləşən 1 saylı kimsəsiz uşaqlar evinin sakinlərini yeni duet ortağı seçib.
Onu da vurğulayaq ki, müğənni dünən radio dalğalarında səslənən "Relaks" verilişində kimsəsiz uşaqlarla qonaq olub.
Xatırladaq ki, sözügedən proyektin müəllifi teleaparıcı Leyla Quliyevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB