“Star akademi” müsabiqəsinin finalçısı müğənni Elyanə Əhmədova özünü fərqli ampluada sınayıb - FOTO

“Star akademi” müsabiqəsinin finalçısı müğənni Elyanə Əhmədova özünü fərqli ampluada sınayıb - FOTO

Türkiyədə keçirilən "Star akademi" müsabiqəsinin finalçısı müğənni Elyanə Əhmədova özünü fərqli ampluada sınayıb. Verilən məlumata görə, müğənni aktrisa kimi görünəcək. Artıq çəkilişləri bitən film İctimai televiziya tərəfindən ekranlaşdırılıb. Rejissor Cavid Təvəkkülün çəkdiyi ekran əsəri məhəbbət mövzusundadır. Müğənni "Yalnış da bir naxışdır" filminin sound track-ini də səsləndirib.

Bu barədə SİA-ya açıqlama verən müğənni bildirib ki, İncəsənət və Mədəniyyət Universitetini bitirdiyi üçün özünü hər bir ampluada sınamaq imkanı var. "Əgər bu cür təkliflər olarsa, yenə də aktrisa kimi görünə bilərəm. Bu da mənim işimdir. Heç bir fərqi yoxdur".

Qeyd edək ki, film yanvar ayının 1-də İctimai televiziyada nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə