Dünən paytaxtın əyləncə məkanlarının birində "İncilər Mediaqrup"u tərəfindən bir çox peşə sahiblərinə mükafatlar təqdim olunub. SİA-nın 2011-ci ilin yekunlarına dayir keçirilən sorğuda Bakı və Sumqayıt şəhərində 3000 min nəfər iştirak edib və səs verib.
"İncilər Mediaqrup"nun başda Azər Vəliyev olmaqla təşkil etdiyi mərasim olduqca maraqlı və bayram əhval-ruhiyyəli ilə keçib.
Mükafat alan şəxslər arasında "İlin seçilən müğənnisi" nominasiyası üzrə Nadir Qafarzadə, Yaşar Cəlilov və Namiq Qaraçuxurlu təltif olub. "İlin seçilən xanəndəsi" isə Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov olub.
Mərasimdə "İlin seçilən aparıcısı" nominasıyasında İlkin Həsəni və Zaur Kamal var idi. Onlara mükafatı isə Səs İnformasiya Agentliyi və Səs TV-nin İcraçı direktoru Vəli Vəliyev təqdim edib.
"İlin seçilən rejissoru" isə yalnız Nail Naiboğlunun adı var idi.
Skripaç Səlim isə "Ilin seçilən skripaçı" nominasiyası üzrə fərqlənib.
Qeyd edək ki, mərasimin rəsmi hissəsi bitəndən sonra bəddi hissəsi başladı. Müsiqi parçaları ilə çıxış edənlər sırasında xalq artisti Səməd Səmədov, müğənni Elçin Hüseynov, tərzan Humay Qədimova, rəqqasə Fatimə Fələliyeva və İlham idi.
Foto müəllifə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB