Gövhər Həsənzadə Amsterdamda Azərbaycanı təmsil edib –EKSKLÜZİV-FOTOSESSİYA
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə yenicə vətənə dönüb. SİA-ya açıqlama verən Gövhər xanım bildirib ki, onun bu dəfəki səfəri Hollandiyanın Amsterdam şəhərinə olub. Məqsəd isə Amsterdamda keçirilən Beniluks Azərbaycanlıları Konqresinın (BAK) III Qurultayında və 5 illik yubileyində iştirak etmək idi.
Bəstəkar konqresin sədri cənab Sahil Qasımovun şəxsi dəvəti ilə bu yola düşüb.
Xatırladaq ki, Beniluks Azərbaycanlıları Konqresi-BAK 2006-cı il 18 noyabr tarixində Hollandiyanın paytaxtı Amsterdam şəhərində 15 təşkilatın birləşməsi nəticəsində yaranmışdır. Konqresin təşəbbüs qrupunun məqsədi Belçika, Niderland və Lüksemburqda uzun illər boyunca pərakəndə şəkildə fəaliyyət göstərən onlarla diaspora təşkilatını vahid bir Konqresdə birləşdirmək və bunun nəticəsində yaranacaq BAK-ın fəaliyyətini birgə koordinasiya edərək daha effektli fəaliyyət göstərməkdən ibarət olub.
"Müvəffəqiyyətlə başa çatan səfər mənim üçün olduqca səmərəli və məhsuldar keçdi. BAK-da birləşmiş bütün təşkilatların məqsədi vətənimizə, dövlətimizə xidmət etmək və Azərbaycanımızı Avropada layiqincə təmsil etməkdən ibarətdir. Qurultay çox səmərəli və isti ab-havada keçdi. Qurultaydakı çıxışımdan önçə o qədər həyəcanlı idim ki, hətta çox üşüdüyümü və nümayəndə heyətimizin üzvü Cavid Abidovdan ürək dərmani aldığımı da xatırlayıram. Salonda əyləşən tədbir iştirakçılarının 15 təşkilatın, Hollandiya, Belçika, Niderland və Lüksemburqdan gələn məsul şəxslərin olması və iclasın çox əzəmətli keçməsi məni həyacanlandırmışdı. Həm də çox böyük qürur hissi yaşayırdım. Çünki Azərbaycandan çox-çox uzaqlarda xalqımızın nümayəndələrini bu qədər samballı, vətənpərvər, aktiv və həmrəy görmək çox qürurverici və sevindiricidir. Amma çıxışımdan əlavə mükafata layiq görüləcəyimi də bilsəydim öncədən yəqin ki, həyəcandan halım lap pis olardı.
Sıram çatdı və BAK-ın sədri cənab Qasımov məni də fəxri kürsüyə dəvət etdi. Çıxışımda Azərbaycanın Avropaya inteqrasiyası prosesi çox dinamik və şərəfli istiqamətdə baş verdiyini və bu gün bu kursda əldə etdiyimizən parlaq nailiyyətlərdən olan \"Eurovizion\" mahnı müsabiqəsinin vətənimizdə keçiriləcəyini xüsusi vurğuladım.
Çıxışımdan dərhal sonra xüsusi mükafata layiq görüldüyümü Konqresin sədri elan etdi və cənab Səfir şəxsən mükafatı mənə təqdim etdi. Mənim bu 1-ci dərəcəli yüksək mükafata \"Evrovizion-2008\"Beynalxalq Mahnı Müsabiqəsində ilk dəfə Azərbaycanı təmsil edən bəstənin, Samir Cavadzadə ilə Elnur Hüseynov duetinin, eləcə də kompozisiyanın müəllifi kimi laiq görüldüyüm xüsusilə qeyd edildi. Çox sevindim. Düşünürəm bu səmərəli işbirliyimiz Benilüks Azərbaycanlıları Konqresi ilə hələ uzun illər davam edəcək, İnşallah. Hələ görüləsi və öhdəsindən gələ bilinəsi çox layihələr və işlər bizi gözləyir",-deyə bəstəkar bildirib.
Qeyd edək ki, uzaq yola çıxan Gövhər xanım adına layiq davranıb və qərib ölkəyə əliboş getməyib: "Uzun illər direktoru olduğum Şəhriyar adına BMM-nin adından dahi şairimiz Məmmədhüseyin Şəhriyarın rəsmini əks etdirən xalçanı və korifey sənətkarımız Rəşid Behbudovun \"Qızıl fond\" silsilə albom toplusunu BAK-in sədri cənab S.Qasımova təqdim etdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB