Bu gün Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev 40 yaşını qeyd edir. SİA-nın məlumatına görə, Faiq Balağa oğlu Ağayev 1971-cı il dekabrın 29-da Bakıda anadan olub.
Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin ildə \"Bakı Payızı ’88\" respublika müsabiqəsində qalib gəlməklə səhnə karyerasında önəmli bir addım atdı.
Ardınca \"Qızıl Payiz - 89\" respublika, beynəlxalq \"Vitebsk -90\", Beynəlxalq \"Yalta ’92\" televiziya müsabiqələrində qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmağa müvəffəq olub.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin \"musiqili teatr aktyoru\" fakültəsini fərqlənmə diplomu ilə bitirən Ağayev, daha sonra Klavdiya Şuljenko adına \"Xarkov -95\" beynəlxalq retro mahnılar müsabiqəsində, ardınca \"Qızıl Şlyager\" və "Mogilyov -96" beynəlxalq müsabiqələrində seçilərən birinciliyə layiq görülüb.
Sözügedən çoxsaylı uğurlarından sonra onun səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Faiq Ağayev Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkətinin solist seçilir.
1995-ci ildə isə müğənninin \"Ola bilməz\" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə işıqüzü görən \"Səni əvəz eləmir\", 1998-ci ildə hazırlanan\"Vəfasızım\", 1999-cü ildə buraxılan \"Faiq Ağayev - Seçmələr\", 2000-ci ildə çıxan \"Minilliyin sonu…\" və 2002-ci ildə işıq üzü görən \"Tam məxfi\" albomları müğəninin diskoqrafiyasını davam etdirir. 1998-ci ildə Faiq \"İlin Konserti\" nominasiyasında, 1999-cu ildə isə \"Dəşti \" klipinə görə \"İlin Klipi\" nominasiyasında \"Humay\" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, \"İlin Müğənnisi\" nominasiyasında \"Grand\" Milli Mükafatını qazanır. 2000-ci il oktyabrın 28-də Faiq Ağayev \"Respublikanın Əməkdar Artisti\" fəxri adı ilə təltif olunub. 2000-ci ildə \"İlin Müğənisi\" nominasiyasında \"Qizil Mikrofon\" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə \"İlin Müğənnisi\", \"İlin albomu\" (\"Minilliyin sonu...\") və \"İlin Konserti\" (\"Əsrin və minilliyin son konserti\") nominasiyalarında \"Grand\" Milli Mükafatı sahibi olur. Pərəstişkarlar arasında \"Cənab Qızıl Şlyager\" və "100 % F.A" adlarını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib. 2007-ci il 07-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində absolyut rekord imzalamış olmuşdur.
2008-ci ilin 17 sentyabr tarixində Azərbaycanın \"Xalq Atisti\" fəxri adı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB