Azərbaycanın tanınmış rejissoru Nail Naiboğlu qarşıdan gələn 2012-ci il üçün şou-proqram çəkib. Teleaparıcı İlahə Nizamiqızının aparıcılığı ilə çəkilən yeni il şənliyində şou-biznesin bir çox tanınmış simaları iştirak edib.
Şou-proqramı daha da maraqlı etmək üçün Nailin dəvəti ilə müğənnilər Nadir Qafarzadə, Zarina Məmmədova, Roza Zərgərli, Niyam Selami, Sevda Yahyayeva, Günay İbrahimli, Samrina, Leyla Ramazanlı, Sevinc və başqaları iştirak edib.
Fotokameramıza tuş gələn şou-biznes əhlilinin üzündən gülüş əksik olmayıb. Bayram ab-havasında olan ifaçılar repertuarlarından ən sevilən mahnılarını səsləndiriblər.
Bir çox müğənnilərin ziyafət geyimində təşrif buyurmasına baxmayaraq Sevda Yahyayeva onlardan fərqləndi. Müğənni olduqca sadə və solğun görünürdü.
Şənliyə qatılan gənc ifaçı Leyla Ramazanlı səhnəyə çıxar-çıxmaz özünə "əl qatdı". Müğənni olduqca enerjili idi. İfası ilə yanaşı o, həm də rəqs edirdi. Geyindiyi mini ətəkli libası onun oynamağına maneçilik törədsə də Leyla sərbəst olmağa çalşırdı.
Günay İbrahimli tədbirə geyindiyi libası bir çoxlarının gözlərini "qamaşdırıb". Müğənni uzun ətəkli, qara və açıq dekolteli libası ilə hər kəsin baxışını özərinə çəkməyə müvəffəq oldu.
Qeyd edək ki, çəkilən şou-proqram yeni ilin ilk günü, saat 14:00- da nümayiş olunacaq.
Fotolar müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB