Xatirə İslam kimlərin qarşısında həyəcanlandı? -FOTOSESSİYA

Xatirə İslam kimlərin qarşısında həyəcanlandı? -FOTOSESSİYA

Azərbaycanın tanınmış müğənnisi Xatirə İslam ilin yekun konsertini təqdim edib. SİA-nın məlumatına görə, müğənni müğam mahnılarından ibarət proqramla çıxış edib.

Teleaparıcı Leyla Əliyevanın aparıcılığı ilə keçirilən konsert 2 saata yaxın İTV telekanalı vasitəsi ilə canlı olaraq yayımlanıb.

Konsertdə parlament nümayəndələri, xalq artistləri və bir çox ziyalılar iştirak ediblər. Arif Babayev, Canəli Əkbərov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Flora Kərimova kimi sənətklarların qarşısında çıxış edən müğənni bir az həyacanlı görünürdü.

Ramiz Mirişli və Tofiq Quliyev kimi bəstəkarların mahnılarına müraciət edən Xatirə mərhum müğənni Şövkət Ələkbərovanın repertuarına da biganə qalmadı.

Konsertin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş video çarx da nümayiş olundu. Proqram Xatirənin ifasında səslənən Qarabağ şikəstəsi ilə bitdi.

Konsertdən sonra SİA-ya açıqlama verən Xatirənin sözlərinə görə, onun üçün bu cür sənətkarların qarşısında çıxış etmək böyük məsuliyyət idi: "Əgər konsertdə belə sənətkarlar olmasaydı mən heç həyəcanlanmazdım. Çünki onlar musiqidən anlayışı olan insanlardır. Gecə evə gəldikdən sonra konsertin lentinə özüm də baxdım. Fikrimcə heç bir problem olmadı. Bu mənim üçün ilin yekun konserti oldu".

Konsertdən sonra əyləncə məkanlarının birinə dostları ilə toplaşan Xatirə səhərə qədər əylənib.

Bütün xəbərlər Facebook səhifəmizdə