Ruhinin özü və yaxınları mediayaya açıqlama vermədi

Ruhinin özü və yaxınları mediayaya açıqlama vermədi

Bir zamanlar şou- biznesin tanınmış siması olan Ruhinin Türkiyədə əməliyyat olunması barədə xəbərlər gəzir. SİA-nın xəbərinə görə, bu məlumatın doğru və ya yanlış olduğunu müəyyənləşdirmək istədik. Ancaq nədənsə nail ola bilmədik. Çünki Ruhinin özü və yaxınları mediaya açıqlama vermədi.

Bu barədə İstanbulda yaşayan jurnalist Ülvi Hadıyev məlumat verib.

\"Dekabrın sonuna yaxın İstanbuldakı xəstəxanalardan birində Ruhi xanımı gördüm. Hər şeyin yaxşı olduğunu desə də, ancaq yeriyəndə çətinlik çəkməsi onun əməliyyat olunduğundan xəbər verirdi. Tibb bacıları yaxınlarda Ruhinin ağır əməliyyat keçirdiyini desələr də o özü bu xəbərlərin doğru olmadığını, alman xəstəxanasına anasının müalicəsi ilə əlaqədar gəldiyini bildirib. İstanbulda müalicə olunduğunu gizlədən biznes ledi bu barədə danışmaq istəmədiyini və əməliyyat olunmadığını dəfələrlə vurğulayıb. Sonra Ruhi ilə telefon əlaqəsi yaradaraq hal- əhvalını soruşmaq istədim. Ancaq səylərim boşa çıxdı\".

Qeyd edək ki, çəkilmiş şəkilə baxdıqda Ruhinin rahatsız olduğu nəzərdən qaçmır.

Bütün xəbərlər Facebook səhifəmizdə