“Milyonların arzusu” albomu işiq üzü görüb - FOTOSESSİYA

Şou- biznes nümayəndələrindən biri olan müğənni Arzum yeni albomunu dinləyicilərin ixtiyarına verib. SİA-nın xəbərinə görə, ifaçının "Milyonların arzusu" albomu işıq üzü görüb. Sənətçi bildirib ki, diskdə populyarlaşmış mahnılarla yanaşı yeni musiqilər də yer alıb.

Müğənni xanım bununla yanaşı "Yana-yana kül oldum" mahnısına musiqi çarxı çəkdirib. Hətta müğənni xanım sujet xətti olan kliplərə üstünlük vermədiyini də açıqlayıb. Müğənni söyləyib ki, son illər ərzində dünya təcrübəsinə nəzər salsaq görərik ki, sujet xətti olan, seriala bənzər kliplər artıq gündəmdə deyil. "Daha çox musiqi çarxı formatında ekranlaşdırılan kliplərə maraq var. Fikrimcə, klipdə diqqət ifaçıya və mahnıya yönəlməlidir. Əlavə vasitələrin çox olması fikri yayındırır. Ümumiyyətlə, ən yaxşısı sadəlikdir. Son işimdə də bunu göstərməyə çalışdım",- deyə ifaçı bildirib.

Qeyd edək ki, Arzum yaxın zamanlarda Türkiyədən qayıdaraq sözügedən səfəri barədə media nümayəndələrini başına toplayaraq mətbuata açıqlama verəcək.

http://www.youtube.com/watch?v=Eho3_Jcn9XY



Bütün xəbərlər Facebook səhifəmizdə