Məleykə Əsədovanın “Qadın sevgisi”-FOTOSESSİYA

Məleykə Əsədovanın “Qadın sevgisi”-FOTOSESSİYA

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Viktor Hüqonun "Mariya Tüdor" əsəri əsasında "Qadın sevgisi" tamaşasının premyerası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşada əsas rolun ifaçısı xalq artisti Məleykə Əsədovadır. Aktrisa kraliça Mariyanı canlandırır.

Digər obrazları isə Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev və teatrın digər aktyorları rol alıblar.

Tamaşa Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanır. Qurluşçu rejissoru isə Gümrah Ömərdir.

Sözügedən tamaşa teatr tarixində ikinci dəfədir səhnəyə qoyulur.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə