Azərbaycanlı qrup 500 manata çıxış edəcək-FOTOSESSİYA

Azərbaycanlı qrup 500 manata çıxış edəcək-FOTOSESSİYA

Bir neçə vaxt öncə xalq artisti Səməd Səmədovun rəhbərliyi ilə yeni "Qismət" qrupu yaradılıb. 3 gənc kişi ifaçıdan ibarət qrup köhnə "Qismət" qrupunun nəzdində fəaliyyət göstərir.

Qrupla bağlı SİA-ya açıqlama verən Səməd Səmədov onların fəaliyyətindən söz açdı. Xalq artisti bildirdi ki, vokalistlər hələ şou-proqrama qatılmırlar. Ancaq bu istisna deyil. Səməd bəy hətta onların qonorarını da açıqladı:

"Mənim fikrimcə ilk vaxtlar üçün 500 manat kifayət edər. Sonrası isə onların özlərindən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə