Abbas Bağırov Heydər Əliyev Sarayında konsert vermək istəyir-FOTO

Abbas Bağırov Heydər Əliyev Sarayında konsert vermək istəyir-FOTO

Azərbayacanın əməkdar artisti Abbas Bağırov yaradıcılığında yeniliklərə imza atır. Müğənnin SİA-ya verdiyi məlumata görə, o, yeni ildə konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmağı planlaşdırır.

Abbasın ifasında yeni aranjemanda eşitdiyimiz "Aləm gözəl" mahnısının adını daşıyan konsert respublikanın əsas səhnəsi olan Heydər Əliyev adına Sarayda baş tutmalıdır.

Konsert proqramında Abbasla birgə bir çox tanınmış müğənnilərin çıxışı da gözlənilir. Əməkdar artist bildirib ki, həmkarlarının onunla eyni səhnəni bolüşməsi konsert proqramını daha da maraqlı edəcək.

Onu da vurğulayaq ki, Abbas Bağırov tək konsert proqramı ilə kifayətlənmək fikrində deyil. Müğənni eyni adlı albom üzərində də çalışır.

Bununla yanaşı əməkdar artist yenicə Türkiyədən gəlib. Abbas yenə də "Aləm gözəl" mahnısına klip çəkdirib. Yenicə lentə alınan görüntülər qardaş ölkənin ən gözəl məkanlarında çəkilib.

Onu da vurğulayaq ki, "Aləm gözəl" mahnısının bəstəkarı Anar Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə