Türk tamaşaçıları Azərbaycanlı müğənnini səhnədən buraxmadılar - FOTOSESSİYA

Azərbaycanın tanınmış müğənnisi, əməkdar artist Sevda Ələkbərzadə Türkiyənin istanbul şəhərində solo konsert proqramı ilə çıxış edib. Müğənnin mətbuat katibi Hicran Mehtiyevanın SİA-ya verdiyi məlumata görə, qardaş ölkədə baş tutan konsert fərqli və yüksək səviyyədə keçib.

Sevda xanımın çıxdığı səhnənin dekorasiyaları olduqca fərqli və zövqlə yığılmışdı.

Müğənnini izləmək üçün gələn tamaşaçı ordusu sırasında türkiyəlilərlə yanaşı azərbaycanlılar da olub.

Konsertin əvvəlcə 1 saat 30 dəqiqə davam etməsi planlaşdırılsa da, 2 saat 20 dəqiqə davam edib. Bu isə tamaşaçıların Sevda xanımı səhnədən buraxmaq istəməməsinin nəticəsi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə