Azərbaycan serial bazarındakı boşluğun aradan qaldırılması üçün müxtəlif işlər görülməkdədir. Yerli kanallarla yanaşı, prodakşnlar da bu işdə maraqlıdırlar. SİA-nın məlumatına görə, "Bravo" studiyası bu günlərdə yeni televiziya serialının çəkilişlərinə başlayıb.
"Adı Yox" teleserialının çəkilişləri ən yüksək keyfiyyətli, dünya standartlarına uyğun texniki avadanlıqlarla aparılır. Elə bu səbəbdən də ekran əsəri büdcəsinə görə ən bahalı seriallar sırasındadır.
Yaradıcı qrupun agentliyimizə verdiyi məlumata görə, serialda Azərbaycanın xalq artistləri, tanınmış aktyorlarla yanaşı əcnəbi simalar da çəkiləcək. Baş rollarda NEXT qrupunun eks üzvü Seyran Babayevlə bərabər aktyorlar Cövdət Şükürov və Ləman Abbaszadə rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB