Müasir “Leyli və Məcnun”da nələr baş verdi?-FOTOSESSİYA

Müasir “Leyli və Məcnun”da nələr baş verdi?-FOTOSESSİYA

Dekabrın 17-si Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin, "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop janrı ilə müasir formada təqdim olunub.

SİA-nın xəbərinə görə, tədbirdən öncə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərə açıqlama verib. Müsahibə zamanı nazir müavini Ədalət Vəliyev söyləyib ki, 2011-ci ildə Azərbaycanın böyük mütəfəkkiri, filosof şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi tamam olur. Ə. Vəliyev gənc yaradıcıları və layihənin rəhbəri Mirsahib Musayevi dahi şairin "Leyli və Məcnun" əsərini müasir dünyaya baxış bucağı altında hip-hop janrında təqdim etmək təklifini dəstəkləyib.

Ədalət Vəliyev layihənin reallaşmasında ABŞ-ın ölkəmizdəki səfiri və "İrəli" İctimai Birliyinin və digər qurumların yaxından iştirak etdiyini vurgulayıb.

Layihənin ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, xoreoqrafı amerikalı Çarlz Lourens, quruluşçu rəssamı Rəşad Ələkbərovdur.

Tamaşada Leyli obrazınımüğənni Natəvan Həbibi, Zeynəbi rəqqasə Oksana Rəsulova, Zeydi müğənni Azad Şabanov Məcnunu reper Elşad Xose, Məcnunun atası rolunu xalq artisti Alim Qasımov, Leylinin atasını meyxana ustası Ağamirzə ifa ediblər.

Adətən ifalarını dinlədiyimiz şəxsləri aktyor kimi görməyə alışmasaq da, onlar bu işin öhtəsində gəldilər.


Bütün xəbərlər Facebook səhifəmizdə