"Eurovision-2011" müsabiqəsinin qalibi Nigar Camal yenicə Azərbaycanda "Crush on you" mahnısının təqdimatını keçirmişdi ki, indi də uz tutdu Kiyevə sözügedən klipi nümayiş etdirməyə. SİA xarici mətbuata istinadən xəbər verir ki, klipin Azərbaycandakı təqdimatından fərqli olaraq Kiyevdə daha maraqlı maqamlarla yadda qalıb.
"Dante & Byblos"
adlı ən dəbli gecə klublarının birində baş tutan mərasimdə klipdə çəkilmiş "Digi-digi"
hitinin ifaçısı İnusa Davuda da iştirak edib. Deyib-gülən, əylənən Nigar Camal yüksək
əhval-ruhiyyə ilə klubun səhnəsində kiçik konsert proqramı ilə çıxış edib.
Təqdimatda Moskvanın "Racha" klubunun rezidenti DJ Bliznec və Dj Alfreddə qatılıblar.
Mərasimində ukraynalı dizayner Aleksandr Vasilyevin geyimləri də nümayişi olub.
Onu da qeyd edək ki, sözügedən klip Kiyevdə çəkilib. Dünya arenasına çıxarılacaq klip olduqca fərqlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB