Dağılmış Next qrupunun eks solisti Anar Bəylər solo fəaliyyətinə start verib. Bu barədə SİA-ya müğənninin mətbuat katibi Sənan Qasımov məlumat verib.
Onun sözlərinə görə, ifaçı ilk olaraq sözləri və bəstəsi özünə məxsus olan "Sevgidən də artıq" adlı musiqisini və eyni zamanda bu musiqiyə çəkilmiş klipi tamaşaçılara təqdim edib. Klipin rejissoru Fuad İsmayılovdur.
Çəkiliş prosesi Bakı Özəl Türk Liseyi və Kempinski Hotel Badamdarda lentə alınmışdır. Klipin sujet xətti yoxdur. Klipdə göründüyü kimi Anarın obrazı sonadək sevgisini bildirməyə çalışır.
Klip və mahnının uğurlu olacağına inamlı olan Anar Bəylər, fəaliyyətinin
davamı olaraq yeni mahnılar yazdırmaqda davam edir və yeni ildən sonra
daha bir klip çəkdirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB