NEXT qrupundan tanınan Niko həm oxuyacaq, həm də DJ kimi görünəcək
NEXT qrupunun üzvü kimi tanınan Niko solo fəaliyyətə başlayır. Qrupun dağılması ilə əlaqədar bir müddət efirlərdə görünməyən ifaçı hazırda yeni mahnılar yazdırır. Bu barədə SİA-ya məlumat verən Niko bildirdi ki, o ifaçılıqla yanaşı, həm də DJ kimi fəaliyyət göstərəcək.
Niko həmçinin qrupun dağılmasından sonra yayılan xəbərlərə də münasibət bildirdi: "Next qrupunun rəhbərliyinin bu addımını dəstəkləyirəm. Onlar üzvlər arasından bir nəfəri seçməli idilər. Və bu da Seyran oldu. Hər zaman onlarla dostluq münasibətimi davam etdirəcəm. Mən bu qrupda fəliyyət göstərdiyim zamanlarda çox şey öyrənmişəm. Ən azından efir təcrübəsi və tamaşaçılarla ünsiyyət bu gün solo fəaliyyətimdə mənə çox yardımçı olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB