24-cü “Best Model of the World” yarışması keçirilib-FOTOSESSİYA
İstanbulda
24- cü dəfə "Best Model of the World" yarışması keçirilib. Həmyerlimiz
vitse "Best Model of the World 2010" Günay Musayeva və müğənni Ruhi builki
yarışmanın münsiflər heyətində dünyanın ən yaxşı manikenini seçiblər. Bu barədə
SİA-ya modelimizin Azərbaycan üzrə meneceri Ülvi Hadiyev (Şaba) məlumat verib. Onun
sözlərinə görə, Günay gecəyə Türkiyənin tanınmış modelyeri Erol Albayrakın
xüsusi geyimində qatılıb.
Bu il \"Best
Model\" adını Günayla eyni model agentliyində çalışan türkiyəli model
Furkan Palali və kolumbiyalı model Silviya Katalina Acevedo qazanıb. \"Best Model of Turkey\"in
birincisi Tuğba Melis Türk isə \"Best Model of The World\"də ikinci
sırada yer alıb.
Həmin gecə tacını
builki qalibə dövr edən Gunay Turkiyənin moda jurnallarına fotolar çəkən
fotoqraf Serkan Mumcuoğluyla da fotosessiya keçirib. Serkan Mumcuoğlu dəb
fotosessiyalarıyla Türkiyənin ən qabaqcıl fotoqraflarındandır və bir çox
məşhurları fərqli obrazlarda çəkib.
Qeyd edək ki builki \"Best Model of the World\"ün kataloqlarında və 90 ölkədə yayımlanan jurnalın üz səhifəsində həmyerlimiz Günay Musayevanın şəkilləri dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə