Bir neçə gün öncə müğənni Röya rəfiqəsi gənc müğənni Sevinc Ağaşirinovanın ilk klipinin təqdimat mərasiminə qatılıb. SİA-nın məlumatına görə, "Həyat" adlı klipə çəkilən Sevincin bek-vokalı Röya olub.
Mətbuat konfransında birgə iştirak edən simalar eyni rəngdə paltar geyinmişdilər. Hər iki xanım narıncı rəngə üstünlük vermişdilrə. Bu isə jurnalistlərin gözündən qaçmadı. Müğənniləri sual atəşinə tutan media nümayəndələri "Əvvəldən sözləşib eyni rəngdə geyinmisin?" kimi suallar verirdilər.
Röya isə cavabından Sevincin məhz bu rəngə üstünlük verməsindən bixəbər olduğunu dilə gətirdi: "Vallah mən heç bilmirdim ki, Sevinc də bu rəngdə geyinib. Ancaq məncə pis görsənmirik"-deyə gülümsədi. (Fotolar müəllifə məxsusdur)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB