Tarkan Bakıya 400 min dollara gəlir

Türkiyənin məşhur pop - ulduzu Tarkanın yeni il gecəsində Bakıdakı "Expo Center" -də çıxışına ciddi hazırlıq gedir.


SİA-nın məlumatına görə, Tarkan sözügedən mərkəzdə 90 dəqiqəlik konsert proqramı ilə çıxış edəcək. Bunun üçün "Expo Center" ciddi hazırlıq görülür və səhnənin bəzədilməsi üçün Türkiyədən avadanlıqlar gətirilib.



Artıq bilet satışına da başlanılıb. Tarkanın konsertinin biletləri 100-500 manat arasında satılır.

Əldə etdiyimiz məlumata görə, meqa - ulduza yeni il gecəsi çıxışına görə 400 min dollar qonorar ödəniləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə