Sabahdan “Evrovision-2012” milli seçim turlarının 3-cü həftəsi başlayır

Sabahdan “Evrovision-2012” milli seçim turlarının 3-cü həftəsi başlayır
Sabahdan "Evrovision-2012" milli seçim turlarının 3-cü həftəsi başlayır. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən SİA-ya verilən məlumata görə, bu həftənin iştirakçıları Altun Zeynalov , Fərid Ramazanov, Aytac Vəliyeva, Aysel Quluzadə, Xəyyam Mustafazadə, Rüstəm Əlləzov, Rövşən Əzizov, Anar Səfərov və Yelena Kərimova olacaq. İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər. Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq.

Qeyd edək ki, artıq 2 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə