Bu gün Ümumdünya futbol günüdür. Bir çox ölkələrdə olduğu kimi 10 dekabr Azərbaycanda da qeyd olunur. Elə bu münasibətlə tanınmış müğənni Günel Ələkbərovadan münasibət öyrəndik. SİA-ya açıqlama verən müğənni futbola marağından söz açdı. Məlum oldu ki, Ələkbərova bu idman növünü uşaqlıqdan sevir: "Nə maraqlıdır, futbol günüdür bu gün. Xəbərim yox idi. Ancaq bu oyunu çox sevirəm. Bəzi qadınların bu idman növünə maraqlı olması bir çoxlarında gülüş doğurur. Ancaq səmimi etiraf edim, uşaqlıqdan bu oyuna aşıq idim. Yadımdadır, məni hər zaman qapıçı qoyurdular. Axı top qapıdan keçmirdi (gülür). Mən uşaqlıqda dəhşət kök idim. Hər dəfə o qapıda duranda məqsəd qoymuşdum-top qapıdan keçməməlidir. Əgər keçirdisə, vay oyunçuların halına. Axı cığallıq edirdim. Heç nədə uduzmağı xoşlamamışam. Bu xasiyyətim uşaqlıqdan qalıb. O tərəf bu tərəfə qaçmağa öyrəşmişəm. İndi də bir yerdə dura bilmirəm".
Müğənni bir anlıq susaraq futbol üçün darıxdığını da etiraf etdi: "Çoxdandır ki, futbol oynamıram. Ancaq darıxmışam. İndi tək başına oynaya bilmərəm. Yəni, bir neçə tanınmış xanım müğənni oynasa, çox gözəl olar. Pis olmaz, hə? Bizim xanım müğənnilər bir araya gəlib futbol oynasınlar, mən də onların içində. Çox maraqlı olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB