Məşhur teleaparıcı özəl hayatından danışdı -MÜSAHİBƏ-FOTOSESSİYA

ANS telekanalında \"Kamirton\", \"Xonça\", \"Qonaqlıq\", \"Zərif çərşənbə\" və digər verlişlərin tanınmış aparıcısı olan Gülnarə Məmmədovanın SİA-ya müsahibəsini təqdim edirik. Uzun müddətli sükutdan sonra aparıcı özü ilə baglı xəbərləri bizimlə bölüşdü.

- ANS Televiziyasının əsas aparıcılarından idiniz. Ancaq çoxdandır ki, efirdə görsənmirsiniz. Səbəb nədir?

- Bəli, son zamanlar görsənmirəm və bunadan da istifadə edib şayələr yayan var. Bu şayələri eşidəndə hərdən gülürəm hərdən də pis oluram. Başa düşürəm, tanınmış insanlar şayələrə fikir verməməlidir. Ancaq fikirləşdim ki, tamaşaçı sevgisini qazanmışamsa mütləq açıqlama verməliyəm.

Bildiyiniz kimi ilk olaraq "Sara" televiziyasının aparıcısı olmuşam. O zamanlar 16 yaşım var idi. Ancaq indi 32 yaşım var. 16 il fasiləsiz çalışmışam. 11 il ans-də aparıcı işləmişəm. Yəni ki, mənim də istirahət etməyə haqqım var idi. Yatdım və oyandım. 1 ay olar ki, özümə gəlmişəm. Fikirləşdim ki, işimdən ayrılacam. Ancaq mənim tamaşaçılarım var, davam etməliyəm.

-Açıqlamalarınızın birində qeyd etmisiniz ki, ailə həyatınız dağılıb. Yəgin efirlərdən uzaq düşməyinizin də səbəbi elə budur.

Şəxsi həyatım barədə heç kimlə danışmamışam. Ümumiyyətlə, mən hər zaman bundan qaçmışam. Ancaq indi danışmağa məcbur oldum. Bəli, düz bilirsiniz. Mən ayrılmışam və çox ağır günlər yaşamışam.

Toyum 2007-ci ilin aprel ayının 14 olmuşdur. Toyumuda gizlətmək mümkün deyil. Çünki jurnallarda və efirlərdə hər kəs məni görmüşdü. İndi də ayrıldığımı gizlədə bilmirəm. Çünki hər kəs məni tanıyır. Keçmiş həyat yoldaşıma çox böyük hörmətim var. 27 yaşında ailə həyatı qurmuşam və sevib evlənmişəm...Keçmişim haqda daha danışmaq istəmirəm. Keçmiş həyat yoldaşımla birgə işləyirdik və bizim münasibətimiz birdən alındı. Bir –birimizi tanıdığımız müddət heç 1 il deyildi ki, evləndik. 3 il birgə yaşadıq. Olmadı. İndi yeni həyata başlayıram və bu söhbətə daha qayıtmaq istəmirəm

- Yaxşı, bəs ANS-dən qalmaqalla ayrıldığız deyilir.

- Yalandı. ANS-i çox sevirəm. Ora mənim ikinci evimdir. Dava-dalaşla aram yoxdur. Çox səmimi və gülərüz insanam. Mən özüm uzaqlaşmışam və heç bir problemim də olmayıb. Günü bu gündə ora getsəm, düşünürəm ki, məni qəbul edərlər. ANS-i çox istəyirəm. Bu şayələr məni çox yorub.

-Haqqınızda çox danışırlar. Hətta ana olub, olmadığınız da hər kəsi narahat edir. Övladınız yoxdur hə?

- He, mən də eşitmişəm. Hətta deyirdilər ki, oğlum var. Adı da Məhəmməddir. Bu, tamami ilə yalandır. Məni sevənlərə demək istəyirəm ki, belə sözlərə inanmasınlar. Mənim övladım yoxdur. Hətta məni marketlədə görəndə belə soruşurlar ki, övladınız varmı ? Deyəndə ki, yoxdur deyirlər ki, niyə həkimə getməmisiniz ? Övladımın olmasını çox istərdim. Ailə həyatı qurduqdan sonra kökəldim. Kökəlməyimə səbəb isə ANS –də apardığım "Xonça" verilişində yediyim yeməklərdən idi. (gülür) Xarici görünüşüm də bir az dəyişiklik olduğu üçün tamaşaçılar mənim hamilə olduğumu düşünürdülər.

- Siz tək indi yox, hər zaman diqqət mərkəzində olmusunuz. Ailənizdə hər şey yaxşı olduğu zaman belə sizdən danışıblar.

- Doğurdan? Bilmirəm bu nə ilə bağlıdır. İnsan ilk özünə hörmət etməlidir ki, qarşısındakı insanlarda ona hörmət etsin. Ancaq mən hədsiz səmimiyəm. Hələ bir az düzəlmişəm. Səmimiliyim artıq mənə ziyan verir. Ürəyimdə olan dilimdədir. Vaxt keçdikcə anladım ki, insan qapalı olmalıdır. Mənim dostum çox azdır. Ancaq qarşımdaki insanı özüm kimi bilmişəm.

- Dostunuz çox azdır dediz. Niyə, bəlkə insanlara qarşı etbarınızı itirmisiniz?

- Yaxın dostum olmayıb. Yaxın rəfiqəm var. Artıq 15 ildirdi ki, o insan mənim rəfiqəmdir.Bir də anamla çox yaxınam. Onunla hər şeyimi bölüşürəm. O, mənə dayaqdır.

- Ananızla bölüşürsünüz. Bəs ailə həyatı quranda o sizin seçiminizi dəstəqləyirdi.

- Anam qarışmadı. Sadəcə olaraq dedi ki, qızım düşün. Məndə anama söylədim ki, qarışma və mən özüm bilərəm. Mən ayrılanda anam çox üzüldü.

-Yəgin ananızın sözünə baxmadığınız üçün peşman oldunuz?

-Əlbəttə peşman oldum. Seçim edəcəyim insanlar çox idi. İnsanlığa hörmət edən biriyəm. Qızlarımız var ki, deyəndə səni elçi gəliblər soruşur ki, evi, işi, maşını, pulu var ? Ancaq mən elə deyiləm. Mənim üçün əsas insanın özüdür.

-Həyatınızda kiminsə olmasını istəyərdiniz?

-Əlbəttə istəyərdim. Ömrümün axırına kimi tək qalmaq istəmirəm.

-İndi sevəniniz var ?

-Var, çoxdur. Depresiyada ola-ola hətta mənə elçi gələnlərdə var idi. Yoldaşım oxusa pis olar. Hər zaman fikirləşmişəm ki, ayıbdı və adına söz gətirə bilərəm. Mən boşanmaq üçün ərə getməmişdim. Ancaq sadəcə toy olsun deyə ailə quranlar çoxdur. Mən düşünürdüm ki, ömrümün axırınadək ailəm olacaq. Ancaq alınmadı. Azərbaycanda ayrılmış qadınlar qəbul olunmur. Sonrada bizim xanımları qınayırlar ki, əcnəbi vətəndaşlarla evlənirlər. Ayrılmağıma baxmayaraq həmən ki, Gülnarə olaraq qalacam. Yaxşı qismətim çıxarsa hə deyəcəm, amma indi yox.

- Depresiyadan qurtulan insan həyata sanki təzədən başlayır. Bundan sonra nə etmək fikriniz var?

- İlk növbədə deyim ki, saçlarım uzun idi. Ancaq indi onları kəsdirmişəm. Dostlarımın, ailəmin, tamaşaçılarımın sözlərinə görə, işimi davam etdirmək istəyirəm. Türkiyədə müqavilə imzalamışdım və reklamlara çəkilirəm. Telelayihə hazırlayıram. Ancaq özümdə bilmirəm hansı kanala. Çünki seçim edəcəm. Efirə çıxmadığım müddətdə mənə çox kanallardan təklif gəlirdi. Amma düşünürdüm. Yaqin ki, yeni ildə yeni bir verlişlə efirə qayidaram. Artıq yorgunlugum gedib, enerjim var və işləmək əzmindəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə