Azərbaycanlı model Günay Musayeva “24-cü Best Model of the World” yarışmasında münsif olacaq
10 dekabrda İstanbulda "24-cü Best Model of the World" yarışması Günay Musayevanın məxsusi iştirakı ilə keçiriləcək. Erkan Özermanın rəhbəri olduğu yarışmada 90 ölkənin manikenləri birincilik uğrunda mübarizə aparacaqlar. Münsiflər heyətinin tərkibində təmsil olunacaq nüfuzlu şəxslər arasında Türkiyədə yaşayan "23-cü Vitse-Best Model" olmuş azərbaycanlı model Günay Musayevanın da adı var. Bu barədə SİA-ya Günayın İstanbulda yaşayan mətbuat katibi Ülvi Hadıyev məlumat verdi.
"Çox mötəbər bir yarışın olacağını söyləmək olar.
Günay xanım da münsif kimi öz işinə daha məsuliyyətli yanaşır. Həm də dünya
ikincisi kimi qazandığı tacını budəfəki qalibə özü təhvil verəcək. Mübarizənin
gərgin olacağını proqnozlaşdıran Günaya, Erkan bəy finalöncəsi xüsusi
hədiyyə də hazırlayıb. Belə ki, həmyerlimizin yarışma üçün çəkdirdiyi fotolar
"Best Model of the World-2011" jurnalının üz qabığında dərc olunub. Bu
kataloqda 90 ölkəni təmsil edəcək finalçılar haqqında məlumat verilir. Final
dekabrın 10-da Bakı vaxtı ilə saat 23.00-da Türkiyənin "Fashion One" telekanalı
ilə canlı yayımlanacaq" - Ülvi belə dedi.
Günaydan olan yeniliklər bununla bitmir. Mətbuat
katibi deyir ki, xanım Musayeva 14 dekabrda Türkiyənin tanınmış gənc modelyeri Tolga Çamın "Dream Of The Dresses" adını daşıyan
dəfiləsində baş maniken kimi səhnəyə çıxacaq. "Mustafa Kemal Kültür Merkezin"də baş tutacaq moda nümayişində Günayla yanaşı Türkiyənin lider modelləri
Ece Gürsel, Tuba Karaca, Nihan Andaç, Merve Büyüksaraç, Ebru Ürün, Simge
Tertemiz, Şehnaz Özkaya, Tuğçe Dural, Yelda Kara, Eda Sedalı, Alaz Köprüvalı,
Sevcihan Tunca podiuma çıxacaqlar. Rəqibsiz modellərin qatılacağı moda
nümayişində Günayın baş maniken seçilməsi təsadüfi deyil. Bu günlərdə Günay,
Tolga Çamın yeni kolleksiyasının tanıtımı üçün xüsusi fotosessiya etdirib. Türkiyənin
oxunaqlı moda jurnallarından biri üçün fotoqrafların kameraları qarşısına keçən
həmyerlimiz, hamilə olmasına baxmayaraq, 4 saata yaxın çəkiliş meydançasında
pozalar verib. Modelyerin yeni kolleksiya təqdimatına gəlincə isə xeyriyyə
məqsədi daşıyan tədbirdən əldə olunacaq vəsait Vanda baş vermiş zəlzələdən
ziyan çəkmiş uşaqlar üçün xərclənəcək" - mətbuat katibi əlavə etdi.
Ana olacağı günü səbrsizliklə gözləyən Günay
Musayeva, bir neçə aydan sonra doğulacaq övladının oğlan olacağını da öyrənib. Türk
mətbuatı bunu "Junior Tolga doğulacaq" xəbəri kimi diqqətdə saxlayırlar. Cütlüyün
ən son çəkdirdiyi fotolardan da görünür ki, onlar çox xoşbəxtdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB