Azərbaycanın tanınmış müğənnisi Murad Sadıx üçün bu gün xüsusi gündür. İfaçının sevinməsinə səbəb onun müəllimi Məryəm Babayevanın doğum günü olmasıdır.
SİA-ya açıqlama verən Muradın sözlərinə görə, Milli Konservatoriyanın dosenti, Uşaq Filarmoniyasında istedadlar yetişdirən musiqişünaş, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm xanım onun üçün çox əzizdir.
"Mən fəxr edirəm ki, Məryəm xanım kimi müəllimim var. O mənə çox şey öyrədib. Sevinirəm ki, müəlliməm məhz Məryəm xanımdır. O peşəkar müəllimə olmaqla yanaşı həm də gözəl insandır. Mən onu çox istəyirəm. Əminəm ki, o da məni çox istəyir. Məryəm müəllimə mənim üçün çox dəyərlidir".
Onu da vurğulayaq ki, Məryəm xanım Muradı layiqli tələbələrindən biri kimi qiymətləndirir.
Biz də öz adımızdan Məryəm xanımı tədbir edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB